Xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkilərini nəzərə alaraq 2013-cü ildə Qarabağ münaqişəsinin nizamlanması baxımından əhəmiyyətli irəliləyiş olacağını hesab etmir.
“Ehtimal ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ənənəyə uyğun olaraq Azərbaycan və Ermənistanda prezident seçkilərinin keçirilməsi ilə əlaqədar 2013-c ili danışıqlar prosesindən silmiş olacaqlar”,- deyə o bazar ertəsi jurnalistlərə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, vaxt gedir və problemin həll edilməməsi yalnız Azərbaycanı deyil, həmçinin republikanı dəstəkləyən ölkələri, üzv olduğumuz beynəlxalq təşkilatları da narahat edir.
“Həmsədrlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə yeni təkliflər irəli sürülməyib, problemin ölü nöqtədən çıxarılması üçün səylər göstərilir”,- deyə nazir müavini qedy edib.
“Bildiyiniz kimi, 2010-cu ildə Ermənistan həmsədrlər üçlüyü tərəfindən təklif edilən əsas prinsiplər layihəsini rədd edib.Həmçinin, Rusiyanın iki il ərzində göstərdiyi vasitəçilik cəhdləri də nəticə verməyib.Serj Sarqsayanın 2010-cu ildə yaratdığı bu durğunluqdan irəliyə doğru hərəkət etmək lazımdıpr”,- deyə o bildirib.
“Vaxt keçdikcə Ermənistan təcrid olunur, bu vəziyyətdən çıxış yolu isə Azərbaycanla sülhə getməkdir”,- deyə A.Əzimov qeyd edib.
Bununla yanaşı, diplomat bildirib ki, “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşü də nəticə baxımdan fərqlənmir.