Ötən həftə Azərbaycanda baş vermiş 43 yol nəqliyyat hadisəsində 26 nəfər ölüb, 59 nəfər yaralanıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Ən ağır yol qəzası Abşeron rayonunda baş verib. “Nissan” markalı minik maşınının beton hasara çırpılması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.Ağcabədi rayonunda “VAZ-21074” minik maşını ilə "Ford Transit” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər yaralanıb.
Sabunçu rayonunda “Opel” markalı avtomobil paytaxt sakinləri olan ərlə arvadı vurub.Nəticədə qadın hadisə yerində həyatını itirib, əri isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.