Ötən həftə Azərbaycan polisləri tərəfindən 51 narkoman və narkotik maddə alverində şübhəli bilinən 1 nəfər saxlanılıb. Narkotik vasitələrin satışında şübhəli bilinən daha 8 nəfər isə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ümumilikdə, narkomanlardan 17,05 qram marixuana, 4,269 qram heroin, 3,102 qram tiryək, 3,85 qram həşiş aşkar edilərək götürülüb.
Keçirilən əməliyyatlar nəticəsində narkotik maddələrin satışında şübhəli bilinən şəxslərdən 7 kq-dan çox həşiş, 5 kq 732 qram tiryək, 2 kq 637 qram heroin və 2 kq 502 qram marixuana götürülüb.