“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Nikoloz Şurqaya təyin edilib. Bu barədə bankın məlumatında deyilir.
“Rabitəbank”da işə başlamazdan öncə N.Şurqaya 2009-2011-ci illərdə “Bank of Georgia”ya məxsus olan “Belarusky Narodny Bank”da Müşahidə Şurasının sədri və eyni zamanda “Bank of Georgia”da İdarə Heyəti sədrinin beynəlxalq biznes üzrə müavini vəzifələrində çalışıb. N.Şurqaya 2008-2009-cu illərdə Gürcüstanın “VTB” Bankının İdarə Heyətinin sədri işləyib.
O, həmçinin, müxtəlif vaxtlarda Avropa Yenidənqurma və İnkişaf Bankının Maliyyə İnstitutları bölməsində aparıcı bank mütəxəssisi, “ABN Amro Bank”da (Moskva) vitse-prezidentin müavini və “United Georgian Bank”da müxtəlif vəzifələrdə çalışıb.
““Rabitəbank” 2013-cü ildə menecment komandasını yeni peşəkarlarla gücləndirməkdə davam edəcək. Bu, “Rabitəbank”ın müştərilərinə yeni keyfiyyətdə bank xidmətləri təklif etmək strategiyasının tərkib hissəsidir”, - deyə bankın məlumatında bildirilir.
“Rabitəbank” 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.