Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır.Yalnız “Facebook” şəbəkəsində 1 mln.-dan çox respublika vətəndaşı qeydiyyatdan keçib.Bu barədə Azərbaycanın Belçikada və Avropa Birliyindəki səfiri Fuad İsgəndərov Avropa komissiyasının vitse- prezidenti, rəqəmsal texnologiyalar üzrə komissar Nelli Krusla görüşü zamanı belə məlumat verib.
Azərbaycanın Brüssüldəki səfirliyindən verilən məlumata əsasən, F.İsgəndərov respublikada internet azadlığından söhbət açaraq AB ilə informasiya tenologiyaları sahəsində təcrübə mübadiləsinin möhkəmlənməsinin faydalı ola biləcəyindən danışıb.Diplomat qeyd edib ki, dövlət ARDNF-in vəsaitləri hesabına respublikada internet infrastrukturunun təkmilləşməsinə ilkin mərhələdə 140 mln. avro ayırıb, yaxın 4-5 ildə bu məbləğ daha da artacaq.
Öz növbəsində N.Krus Bresselin İKT sahəsində Azərbaycanla dialoqa maraqlı olduğunu bildirərək insan haqları ilə birbaşa bağlı olan bu sahənin inkişaf edəcəyinə əminiliyini ifadə edib.
Görüz zamanı. F.İsgəndərov QHT və özəl sektorun iştirakı ilə Azərbaycan- AB internet İKT forumu təşkil etməyi, həmçinin, AB ilə internetin idarəedilməsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi imkanlarının öyrənilməsini təklif edib.