Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək üçün fevralın 5-də Misir Ərəb Respublikasına səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Səfər çərçivəsində E.Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı nəzərdə tutulur. Bundan başqa, XİN başçısı bir sıra ikitərəfli görüşlər keçirəcək.