Prezident İlham Əliyev Dövlət Sosial Müdafiə Fonduna (ARDNF) əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməyi tapşırıb.
Rəsmi mətbuatın məlumatına görə, dövlət başçısının sərəncamında ARDNF-ə 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Xəbər verildiyi kimi, 2012-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,1% təşkil edib.