Serbiya Azərbaycan qazının tədarükündə maraqlıdır. Bu barədə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç çərşənbə axşamı “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində keçirilən mətbuat konfransında bəyan edib.
“Serbiya bütün səviyyələrdə Xəzər regionundan, o cümlədən Azərbaycandan Avropaya qaz nəqlinə dair layihələrdə iştirak etməyə hazır olduğunu ifadə edib. Baxmayaraq ki, Serbiya bu və ya digər layihənin (qazın Avropaya nəqli üzrə - İF) ondan asılı olduğu oyunçu deyil. Biz bu tədarükdə maraqlıyıq”, - deyə diplomat bildirib.
Eyni zamanda o vurğulayıb ki, hazırda Serbiyanın Rusiya ilə qazın alqı-satqısına dair müqavilələri var. Lakin, o, həmçinin Xəzər regionundan qaz tədarükünün diversifikasiyasında maraqlıdır.