SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun iki kəndinə təbii qazın verilişini bərpa edib. Bu barədə Birliyin məlumatında deyilir.
22 abonenti olan Çuxuroba və 30 abonenti olan Maşıoba kəndlərinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 3,5 km olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 52 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilədək Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.