2013-cü ilin yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2012-ci ilin dekabr ayı ilə müqayisədə 1,6% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvar ayında heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,3% bahalaşıb. Hesabat ayında inəyin istehsalçı qiymətləri 1,7%, camışın 0,6%, hind toyuğunun 3,7%, mal və qoyun ətinin müvafiq olaraq 0,3% və 1,2%, quş ətinin 2%, südün 0,5%, təbii balın istehsalçı qiymətləri 0,7% bahalaşıb.
Qoyun və keçilərin istehsalçı qiymətləri 0,5%, yumurtanın istehsalçı qiymətləri isə 3,4% ucuzlaşıb.
Yanvar ayında birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 3,1% və 1,3% bahalaşıb.
Ötən ay buğdanın istehsalçı qiymətləri 0,1%, arpanın 0,5%, göyərtilərin 2%, kartofun 11,9%, pomidorun 0,4%, baş sarımsağın 0,1%, balqabağın 3,7%, quru otun 1,9%, yoncanın 0,7%, almanın 2,7%, narın 0,1%, xurmanın 0,4%, limonun 0,6%, naringinin 15,6%, heyvanın 1,6%, qozun 1%, fındığın 5,4%, şabalıdın istehsalçı qiymətləri 13,9% bahalaşıb.
Kələmin istehsalçı qiymətləri 0,2%, turpun 0,5%, cəfərinin istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.
Hesabat ayında diri balığın istehsalçı qiymətlərində 1,5% bahalaşma müşahidə olunub.