Fevralın 11-dən 15-dək Bakıda “Cizgi filmləri həftəsi” keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbir Bakı Şəhər Baş Təhsil İdarəsnin dəstəyi ilə keçiriləcək. Həftə ərzində Bakının səkkiz orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilən Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək.
Fevralın 15-də Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri – “Cizgi filmləri bayramı” təşkil olunacaq. Tədbirin sonunda bayram təşkil olunacaq. Uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər göstəriləcək.