Gənc Mühasiblər Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə təhsil almaq imkanı olmayan gənclər üçün müxtəlif sahələrdə peşəkar treninqlər təşkil edirlər.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Layihənin məqsədi Qəbələ və Gəncədə yaşayan və ali təhsili olmayan gənclərin peşə bacarıq və vərdişlərinə yiyələnməsini təmin etməkdir.
Beləki adı çəkilən şəhərlərdə işə düzəlmə imkanlarını artırmaq üçün dülgərlik, bərbərlik, xalçaçılıq, toxuculuq, kosmetoloq, dərzi, kompüter və mobil telefon,eləcə də avtomobil təmirçisi peşələri üzrə altı aylıq kurslar təşkil olunub.