Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çərşənbə axşamı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər AB ilə Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıblar.