2012-ci ildə “AzərsellTelekom” şirkətinin telekommunikasiya sektoruna investisiyaları 100 mln. manat təçkil edib.Şirkətin baş direktoru Kiril Qaburiç çərşənbə günü mətbuat konfransında belə bildirib.
Xəbər verildiyi kimi, 2011-ci ildə “Azərsell” şirkətinin investisiyaları $170,2 mln. təşkil edib.
K.Qaburiçin sözlərinə görə, 16 illik fəaliyyət müddəti ərzində şirkətin Azərbaycanda ümumi investisiyaları 1 mlrd. manat təşkil edib.
Baş direktor qedy edib ki, 2012-ci ildə şirkətin dövlət büdcəsinə vergi köçürmələrinin həcmi 90 mln. manat, 16 il ərzində isə 925 mln. manat təşkil edib.
Şirkət rəhbəri əlavə edib ki, “Azərsell”in sosial layihələrə investisiyaları 2012-ci ildə 1,6 mln. manat, fəaliyyət müddətində isə 13,2 mln. manat təşkil edib. “Biz bu il də sosial layihələrə investisiya qoymağa davam edəcəyik. Məhz bu sahəyə biz 1 mln. manat yönəltməyi planlaşdırırıq”,- deyə o əlavə edib.
Şirkətin öz kadr potensialının inkişafına yönəlmiş investisiyaları keçən il 1,1 mln. manat. 16 il ərzində isə 11,4 mln. manat təşkil edib.
Azərbaycanın mobil rabitə bazarında “AzərsellTelekom” şirkətinin payı 53% təşkil edir və şirkət respublika ərazisinin 99,8%-ni əhatə edir.Şirkətin abonentlərinin ümumi sayı 4,4 mln. təşkil edir.
“Azərsell” şirkəti 1996-cı il yanvcarın 19-da təsis edilib, hazırda “TeliaSonera” şirkətlər qrupuna daxildir.