Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-dan məlumat verilib.
Bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək olan müddətdə doldurur və ərizələrini fevralın 12-dən 22-dək təsdiq etdirirlər. İmtahanların birinci mərhələsi martın 3-də keçiriləcək.
Bundan başqa, qeyd edilib ki, ilk dəfə olaraq imtahanın birinci mərhələsi üzrə fevralın 17-də sınaq imtahanları keçiriləcək. Bu gündən sınaq imtahanlarına internet vasitəsi ilə qeydiyyat başlayıb.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
İkinci mərhələyə birinci mərhələni uğurla keçən bakalavrlar buraxılır. Bakalavr 20-dən ixtisas seçmək hüququna malikdir.