SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Rusiyanın “Qazprom” şirkəti fevral ayında 2013-cü ildə Azərbaycan qazının Rusiyaya nəqlinə dair protokol imzalayacaqlar. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunda çıxışı zamanı belə deyib.
“Bizim aramızda Azərbaycan qazının2015-ci ilə qədər RF-yə nəqlıi üzrə uzunmüddətli müqavilə mövcuddur.Biz hər il bu saziş çərçivəsində protokol imzalayırıq”,- deyə səfir qedy edib.
O söyləyib ki, protokola əsasən, ötən il 3 mlrd. kubmetr həcmində qaz nəqli nəzərdə tutulsa da, “reallıqda qaz nəqlinin həcmi 1,6 -1,7 mlrd.kubmetr təşkil edib”
“Bu normal ticarətdir.Hazırda 2013-cü ilin protokolu üzərində iş gedir, “Qazprom”un nümayəndələri mənə bu barədə məlumat veriblər.Protokol fevral ayında imzalana bilər”,- deyə diplomat bildirib.