Prezident İlham Əliyev Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçlə görüşdə iki ölkə arasında iqtisadi və müdafiə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib.
Rəsmi mətbuatın verdiyi məlumata görə, çərşənbə günü keçirilən görüşdə dövlət başçısı Xorvatiyanın müdafiə nazirinin Bakıya səfərinin uğurlu olacağına əminliyini bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan və Xorvatiyanın müdafiə nazirləri Səfər Əbiyev və Ante Kotromanoviç çərşənbə günü Bakıda hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.