Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Dövlət Gömrük Komitəsi ilə birgə ABŞ-da “Azərbaycan Los Anceles ilə görüşür” adlı tədbir təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Konsulluqdan məlumat verilib.
Tədbir Azərbaycan muğam triosunun və Amerikan caz qrupunun ifasında muğam-jazz sintezi konserti ilə başlayıb.
Konsertdən sonra “Azərbaycan Gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin açılışı olub. Sərgidə gömrük əməkdaşları tərəfindən müxtəlif illərdə qaçaqmalçılardan müsadirə olunmuş qiymətli incəsənət əsərləri nümayiş etdirilir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışında DGK-nın mədəni və tarixi dəyərlərin qorunması sahəsində gördüyü işlərdən bəhs edib. O, həmçinin, Ermənistanın işğalı altında olan torpaqlardakı mədəni və tarixi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Belə bir tədbirin San-Dieqo şəhərində də təşkili planlaşdırılır.