“Yeni Daşkəsən” layihəsi Daşkəsən rayonunun Ağsaqqallar Şurasının ənənəvi iclasında müzakirə mövzusu olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Rayonda həyarta keçirdiyimiz hər işlə əlaqədar ağsaqqallarla məsləhətləşirik. Çünki onlar yerli mühit və ənənələrlə daha yaxşı tanışdırlar”, - deyə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev iclasda bildirib.
Onun sözlərinə görə, ağsaqqallar rayonun sosial-iqtisadi həyatında vacib rol oynayırlar, yaradıcı işlərdə fəal iştirak edirlər.
“Rayonda yaşayan 141 ağsaqqallardan üç nəfər əməkdar müəllim, 50-dən artıq şəxs müxtəlif medal və ordenlələ təltif ediliblər. Onlardan 18 nəfər – İkinci Dünya müharibəsi iştirakçıları, 21 nəfər – ferma və kənd təsərrüfatı yerlərinin sahibləridir”, - deyə İcra Hakimiyyətinin başçısı bildirib.