AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2010-2012-ci illərdə muzey tərəfindən nəşr etdirilən kitabların təqdimat mərasimi keçirilib.
Muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Nailə Vəlixanlı qeyd edib ki, son üç ildə Azərbaycan tarixini əks etdirən 20-dən artıq kitab, buklet və kataloq nəşr etdirilib.
Onlar müxtəlif dövlət obyektlərinə , o cümlədən Milli Elmlər Akademiyasına, muzeylərə, kitabxanalara və ali məktəblrə təqdim edilib.
Nəşr etdirilən əsərlər arasında “AMEA Milli Tarix Muzeyinin kolleksiya inciləri” kataloq-albomu, “Biz birlikdəı qələbə çaldıq!Böyük Vətən Müharibəsində Qələbə haqqında”, “Azərbaycan xanlıqlarının bayraqları”, “Qarabağın tarixi-mədəni irsi” və digər əsərlər var.
Muzey bu kitabları səfirliklərə, xarici kitabxanalara və digər instansiyalara paylamağı planlaşdırır.N.Vəlixanlının sözlərinə görə, muzeydə elmi araşdırma işləri və onların əsasında kitab nəşrləri bu ildə davam etdiriləcək.