Azərbaycan Moldovada “WorldStar Contest” müsiqi festivalında iştirak edəcək.Bu barədə Bakı Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Aprelin 8-dən 10-a kimi Moldovanın paytaxtı Kişinyov şəhərində dünyanın ən böyük prodüser mərkəzlərindən olan “Maximum Concert Company”nin təşkilatçılığı ilə “WorldStar Contest” musiqi festivalı keçiriləcək.Festivalda dünyanın 25 ölkəsindən gənc ifaçıların iştirakı gözlənilir.
WorlStar Azərbaycanın direktoru Hüseyn Cavadzadə bildirib ki,bizi yarışmada təmsil edəcək iştirakçını da hələlik adlarını gizli saxladığımız münsiflər heyəti seçəcək.