Cənubi koreyalı aktivist No Su Xo icazəsiz Şimala getdiyi üçün cümə günü Cənubi Koreya məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu səfərə hazırlıq prosesində KXDR-in rəsmi nümayəndələri ilə əlaqə saxlamış Von Çjin U isə üçillik həbs cəzasına məhkum edilib.
Lakin Su Xoyun ötən il Çin ərazisi ilə Şimala keçməkdə məqsədi Kim Çin İrin ölümündən 100 gün keçməsi ilə əlaqədar anım mərasimlərində iştirak etmək olub.
O, Cənuba qayıtdıqdan sonra həbs edilib.
Məhkəmənin qərarında deyilir: "Ciddi cəza qaçılmazdır, çünki o, icazəsiz Şimali Koreyaya səfər edib və orada keçirilən tədbirlərə qatılıb, halbuki bu şəxs anlayırdı ki, onun orda olması təbliğat mqəsədilə istifadə edilə bilər".
Seul Kim Çen İrin dəfn mərasiminə heç bir rəsmi nümayəndə göndərməyib.