Azərbaycanın Vergilər Nazirliyi ölkənin şəffaflığı təmin etmiş idarələrindən biri kimi xarakterizə olunur.Avropa İttifaqının Bakı ofisinin başçısı, səfir Rolan Kobia cümə günün Bakıda II Vergi Forumunda çıxışı zamanı belə söyləyib.
“Biz Vergilər Nazirliyinin korrupsiya ilə mübarizəsini yüksək qiymətləndiririk.Bundan əlavə nazirliyi yeniliklərə açlıq və sürətlə modernləşən bir idarə kimi xarakterizə etmək olar”,- deyə R.Kobia qedy edib.
Diplomat hesab edir ki, “elektron hökumət proqramı şəffaflıq məsələsində çox böyük rol oynayıb. “Dövlət başçısı İlham Əliyev buna çox böyük diqqət ayırır və bu proqramın səmərəliliyini daha da artırır.Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə görülən işlər beynəlxalq standartlara cavab verir”,- deyə səfir əlavə edib.
O həmçinin, qedy edib ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq yeni səviyyəyə daxil olur. “Biz həmçinin, “Twinning” layihə çərçivəsində də əməkdaşlıq edirik, bunun üçün 1 mln. avro ayrılıb.Sözügedən layihə çərçivəsində xarici ekspertlər audit proseslərinin təkmilləşdirilməsi sahəsindəki təcrübələrini bölüşürlər.Biz Azərbaycan Hökuməti ilə bu istiqamətdə sıx əməkdaşlığı davam etdiririk”.- deyə R.Kobia vurğulayıb.