Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Tomislav Nikoliç cümə günü Bakıda təkbətək görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Görüşdə Serbiya prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.