Azərbaycan və Serbiya prezidentləri“Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalayıblar. Bu barədə rəsmi mətbuat məlumat verir.
İlham Əliyev və Tomislav Nikoliç arasında bəyannamə cümə günü Bakıda keçirilən geniş tərkibdə görüş çərçivəsində imzalanıb.
Bundan başqa, “Baytarlıq sahəsində əməkdaşlıq haqqında” və “İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” sazişlər imzalanıb.