ABŞ informsiya əldə etmək məqsədi ilə geniş miqyasli kiberhücumlara məruz qalir ki, bu da ölkənin rəqabətə davamlılığınlı təhlükə altında qoyur. “Vağinqton Post” qəzeti Amerika Kəşfiyyat Cəmiyyətinə istinadən belə məlumat yayıb.
Mənbə amerika kəşfiyyat birliyinin ümumi rəyini əks etdirən -“gizli” möhürü altında saxlanılan sənədlərə istinadən belə qənaətə gəlib.
Məlumatda bildirilir ki, Çin ABŞ-ın dövlət xidmət orqanlarının və şirkətlərinin kompüter sisteminə daxil olmaq və iqtisadi məlumatlar əldə etmək üçün daha çox canfəşanlıq göstərir.
Energetika, maliyyə, informasiya texnologiyaları sahələri , aerokosmik və avtomobil şirkətləri daha çox kibercəsusluğa məruz qalırlar.
ABŞ-a qarşı kibercəsusluq edən digər ölkələr sırasında Rusiya, İsrail və Fransanın adı çəkilir, lakin onlar Çin qədər təhlükə törətmirlər.
Ekspertlər informasiya sızdırılması nəticəsində ABŞ iqtisadiyyatına dəyən ziyanı on milyrdlarla dəyərləndirirlər”,- deyə qəzet yazır.