Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatının Allahabad şəhərində ən azı 36 nəfər dəmiryol stansiyasında yaranmış basırığın qurbanı olub. Bu barədə bazar ertəsi yerli NDTV telekanalı xəbər verir.
İlkin məlumatlara görə, hadisəyə polislərin hərəkəti səbəb olub. Onlar dəyənəklərlə adamları vağzalın çıxışına tərəf qovaraq izdiham arasında çaxnaşma yaradıblar. Faciə dini Kumbh-mela bayramı günündə baş verib.
Telekanal qeyd edir ki, qurbanların sayı arta bilər. Yerli hakimiyyət hadisənin səbəblərini araşdırmağa başlayıb.