"Mi-8" vertolyotu Bakı buxtası ərazisində dənizə düşüb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə aviasiya dairələrindəki mənbə məlumat verib.
Vertolyot Azərbaycan Hərbi Hava Qüvvələrinin balansına daxildir.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.