“Azərenerji” SC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2013-cü ilin yanvar ayında 2,1 mlrd. kilovatsaat elektrik enerjisi istehsal edib ki, bu da 2012-ci ilin göstəricisindən 4,6% çoxdur . Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.
2012-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 21,3 mlrd. kilovatsaat təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2013-cü ildə Azərbaycanda elektrik enerjisinin isehsal həcmi 21 mlrd. 812,8 mln. kilovatsaat təşkil edəcək.