Ötən həftə ərzində Azərbaycanın yollarında 28 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər həlak olub, daha 54 nəfər bədən xəsarətləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Ən iri yol qəzası respublikanın Salyan rayonunda baş verib. Burada iki avtomobilin toqquşması nəticəsində beş nəfər həlak olub, daha üç nəfər, o cümlədən beş yaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kürdəmir rayonunda minik avtomobilinin “KamAz” ilə toqquşması zamanı bir nəfər həlak olub, üç nəfər xəstəxanaya yerləşdirilib. Analoji hadisə Şabran rayonunda baş verib, nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.