2013-cü ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 1 mlrd. 481,7 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövründə əhali ticarət obyektlərindən 848,2 mln. manatlıq ərzaq və 633,5 mln. manatlıq qeyri-ərzaq malları alıb. Alınmış analoji malların həcmi 2012-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 0,9% və 22,5% artıb.