Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının debatlarında iştirak edəcək. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bazar ertəsi məlumat verib.
Debatlar “Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi”nə həsr olunub.
XİN başçısı tədbirdə çıxış edəcək.
Bundan başqa, E.Abdullayev məlumat verib ki, fevralın 12-13-də Tiflisdə keçiriləcək “Şərq Tərəfdaşlığı” qeyri-rəsmi sammitində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Nümayəndə heyətinə həmçinin nəqliyyat naziri Ziya Məmmədov daxil olacaq.