2012-ci il ərzində Təhsil Nazirliyinin “qaynar xətti”nə 15,5 minə yaxın müraciət daxil olub.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müraciətlərdən 14,678 –i sorğu, 785-i şikayət xarakteri daşıyıb.
Bununla yanaşı, sorğuların 70%-i müəllimlərin işə qəbulu, mərkəzləşmiş buraxılış imtahanlarının təşkili və nəticələrinə aid olub. Nazirliyə daxil olmuş 785 şikayət təhsil müəssisələrinin idarə edilməsində qanun pozuntuları, təhsil prossesinin təşkili, tələbə və şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə əlaqəıdar olub.
Şikayətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra təhsil müəssisələrinin əməkdaşları cəzalandırılıb və tutduqları vəzifələrdən azad ediliblər.