Ötən həftə Daxili İşlər Nazirliyinin əməkdaşları 78 narkomanı və narkotik maddə alverində şübhəli bilinən 3 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi nazirlikdən məlumat verilib.
Narkomanlardan ümumilikdə 26,52 qram marixuana, 5,294 qram heroin və 4,089 qram tiryək müsadirə edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçilərindən 8 kq həşiş, 1 kq 470 qram tiryək götürülüb.