Hərbi helikopterin Xəzər dənizi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Yaşar Əhmədov, baş leytenant Rüstəm Rüstəmov və leytenant Bəhruz Zeynalov həlak olublar. Bu barədə Müdafiəı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
R.Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.
Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə dərin hüznlə başsağlığı verir.