Müdafiə naziri Səfər Abıyev və respublikanın hərbi prokuroru Xanlar Vəliyev “Mİ-8” helikopterinin qəzaya uğradığı ərazidədirlər. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verib.
Öncə bir neçə mətbu oran məlumat yayıb ki, müdafiə naziri Qarabağ münaqişəsi zonası yaxınlığında Müdafiə Nazirliyinin irimiqyaslı hərbi təlimlərində iştirak edir.
“Interfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına əsasən, baş verən helikopter qəzasında həlak olan hərbçilərin ailə üzvləri hadisə baş verən əraziyə gəliblər.
Öncə xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti əməkdaşları tərəfindən ekipaj üzvlərindən birinin meyiti dənizdən çıxarılıb. Digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.