SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 fevral 2013-cü il tarixinə 1 mln. 500,143 minə çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bunların 1 mln. 481,847 mini əhali, 18,296 mini qeyri-əhali abonentidir.
Həmin abonentlərin 665,662 mini (656077 əhali, 9585 qeyri-əhali abonenti) Bakı şəhərinin payına düşür.
Birliyin məlumatına görə, 1 mln. 499,953 min abonent sayğaclaşdırılıb ki, bunların da 1 mln. 481657-si əhali (99,99%), 18,296 mini qeyri-əhali (100%) istehlakçılarıdır.
Bakı şəhəri üzrə 656,013 min əhali abonenti (99,99%), 9,585 min qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 825,644 min əhali abonenti (99,98%) və 8,711 qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb.
Əhali abonentlərinin mənzillərində təxminən 626 min “smart-kart” tipli sayğac quraşdırılıb.