Azərbaycanda neft- qaz sahəsinə qoyulan investisiyalar gələcək illərdə $100 mlrd.-a çata bilər. Sənaye və energetika naziri Natiq Əiliyev “Avronest” PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin Bakıda keçirilən iclasında səsləndirilən məruzəsində belə qedy edilib.
“1994-2012-ci illəri əhatə edən dövrdə Azərbaycanda neft qaz sahəsinə$50 mlrd. investisiya qoyulub. Lakin gələcəkdə bu sahəyə investisiya qoyuluşlarının həcmi ikiqat artacaq”,- deyə nazirliyin əməkdaşı Aysel Bayramova tərəfindən oxunan məruzədə bildirilir.
Nazirliyin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda 43 mln. ton neft, 26,9 mlrd. kubmetr qaz istehsal edilib.
“Bizim neft hasilatının sabitləşdirilməsi üçün planlarımız var.Bundan əlavə, qaz ixrac potensialı nəzərdən keçirilir, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin buraxılış qabiliyyətininildə 50 mlrd. kubmetrə qədər artırılması üzrə də planlarımız var.Mən ümid edirəm ki, Avropanın qaz təminatında Xəzərin rolu daha da artacaq”,- deyə N.Əliyev öz məruzəsində qedy edib.