Azərbaycan Prezidenti İlham Əliyev fermerlrə müraciət edərək onları Prezident Administrasiyasına, hökumətəASK sahəsində subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyə çağırıb.
“Biz kənd təsərrüfatını stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlər görürük.
Hər bir dövlət fermerləri dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. SKMF xətti ilə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Onlardan 83% aqrar sektora yönəldilib”,- deyə İ.Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.
İ.Əliyevin çıxışının mətni çərşənbə günü Azərbaycanın rəsmi KİV-lərində dərc edilib.
Dövlət bşçısı qedy edib ki, hazırda subsidiyaların verilməsində problemlər var .Belə ki, subsidiyalar ünvanına çatdırılmır, bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. “Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 % çatsın”,- deyə o əlavə edib.
İ.Əliyev yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübənin bir daha təhlil edilməsi, təkliflər verilməsi, nöqsanların aydınlaşdırılması ilə bağlı rəyini bildirib. Prezident fermerlrə müraciət edərək, onları Prezident Administrasiyasına, hökumətə, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və yerli orqanlara ASK sahəsində subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyə çağırıb.
İ.Əliyev həmçinin, ərzaq təhlükəsizliyi mövzusuna da toxunub. “ 2012-ci ildə ət və ət məhsullarına olan tələbatın 92%-i yerli istehsal hesabına ödənilib, 2013-cü ildə bu göstərici 95%-ə çatdırılacaq. 2012-ci ildə bu göstərici quş əti üzrə 88% olub, 2013-cü ildə 93% olacaq. Yumurta 96 %, bu il verilən proqnoza görə 100 % olacaq. Bitki yağları 70 % olub, bu il 75%-ə qalxacaq”,- deyə o qeyd edib.
Kərə yağı 50 %, bu il olacaq cəmi 52%. “Bu, çox aşağı göstəricidir”.
“Süd və süd məhsulları ilə özümüzü 73 % səviyyəsində təmin edirik. Bu ilin sonunadək 78 % olacaq. Taxılla 65% təmin edirik, bu 70 % olacaq”,- deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, 2012-ci ildə bostan məhsulları ilə təminat 100% səviyyəsində olub, 2013-cü ildə bu 104% olacaq və bu məhsulun ixracına imkan yaranacaq.Meyvə 126% idi, 130% olacaq, tərəvəz 99 % olub, 108 %-ə qalxacaq.Duz 71% olub, 75 % olacaq.
Prezident qeyd edib ki, ərzaq məhsullarında daxili tələbatın səviyyəsinin artımı Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərin hesabına mümkün olub.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond 218 mln. manat məbləğində güzəştli kredit verib. 2013-cü ildə fond sahibkarlara 250 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.