Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Fransanın sabiq baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Vilpeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ölkələrimiz arasında tibb elmi, əczaçılıq sahəsində əlaqələrin inkişafı, tibb müəssisələrinin menecmenti üzrə təlimlərin təşkili, Avropa İttifaqının TWİNİNG və TAIEX təsisatlarından istifadə, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri çərçivəsində məlumat mübadiləsi məsələləri müzakirə olunub.
Bundan başqa, görüşdə diplomdan sonrakı təkmilləşmə, birgə elmi tədqiqat işlərinin aparılması, səhiyyənin tibb müəssisələrinin və tibbi təhsil ocaqlarının birbaşa əlaqələri və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması haqqında müzakirələr aparılıb.