2013-cü ilin yanvar ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2012-ci ilin dekabr ayı ilə müqayisədə 4,1% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit üzrə 11,3%, yerli əlaqə üzrə 1,9%, idxal üzrə 1,2% ucuzlaşıb, ixrac üzrə isə 0,7% bahalaşıb.
Yanvar ayında hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 1,1% bahalaşıb.
Boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 2,4% bahalaşıb, neftin nəql olunma tarifi isə 9,3% ucuzlaşıb.
Avtomobil nəqliyyatında bir saatlıq işə görə yükdaşıma tarifləri 19,3% bahalaşıb. Beynəlxalq əlaqədə işəmuzd yükdaşıma tarifləri 4,1% ucuzlaşıb.
Yanvar ayında Azərbaycanda sərnişindaşıma tarifləri 1,7% bahalaşıb, dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 19,9% ucuzlaşıb.
Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri 13,6%, hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,3%, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 12,1% bahalaşıb.
Rabitə sahəsində mobil telefon xidmətlərinin tarif indeksi 1,5% bahalaşıb.