2012-ci ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2012-ci iloin dekabr ayı ilə müqayisədə 2,6% artıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayında mədənçıxarma sahəsində 3,1%, həmçinin neft və təbii qazın istehsalçı qiymətləri – 3,1%, qum, çınqıl, duz və digər məhsulların istehsalçı qiymətləri 0,4% bahalaşıb. Filiz istehsalında qiymətlərin 4,7% azalması qeydə alınıb.
Yanvarda emal sənayesində qiymətlər 0,2% azalıb.
Tütün məhsullarının (2,4%), rezin və plastik kütlə məmulatlarının (1,6%), neft məhsullarının (0,7%), tekstil məhsullarının (0,2%), ərzaq mallarının (0,1%) istehsalında qiymətlərdə azalma qeydə alınıb.
Yanvar ayında kimya məhsullarının (4,6%), dəri və dəri məlumatlarının, ayaqqabının (0,6%), avtomobil və avadanlığın (0,4%), tikinti materiallarınən (0,1%) istehsalında qiymət artımı müşahidə edilib.