Dağıstanın Xasavyurt şəhərində partlayış yerində işləyən istintaq briqadasının məlumatına əsasən, üç polis əməkdaşı həlak olub, 6 polis yaralanıb, bir nəfər barədə isə xəbər yoxdur və o itkin düşmüş sayılır.Bu barədə “İnterfaks” agentliyinə cümə axşamı RİK –in Dağıstan üzrə İstintaq İdarəsindən məlumat verilib.
Hadisəni törədən terrorçu kamikadze də həlak olub, parçalanmış meyiddən demək olar ki heç nə qalmayıb”,- deyə RİK –in Dağıstan üzrə İstintaq İdarəsinin nümayəndəsi bildirib.
O söyləyib ki, partlayış yerində diametri 4 metr, dərinliyi 1,5 metrə bərabər olan çuxur yaranıb
O bildirib ki, hazırda partalyış yerində maddi sübutlar toplanır və partladılan avtomobilin markası müəyyənləşdirilir.
Xasavyurt şəhəri kənarında polis məntəqəsində polis əməkdaşları saxlanılan “Lada Priora” avtomobilinə baxış keçirərkən partlayış baş verib.Polis məntəqəsinə hücum nəticəsində üç polis işçisi, terror aktını törədən terrorçu kamikadze həlak olub.