Britaniya Əfqanıstandakı qoşunlarını Özbəkistan ərazisindən istifadə etməklə çıxarmaq niyyətindədir.Bu barədə BBC teleşirkəti Britaniyanın müdafiə naziri Filip Xammonda istinadən məlumat verib.
Nazir qeyd edib ki, onun fikrincə Özbəkistan hakimiyyəti bu saziş nəticəsində əldə etdiyi texnikadan ölkədə repressiyanın gücləndirilməsi üçün istifadə etməyəcək.
Onun sözlərinə görə, NATO-nun silahlı kontingenti 2014-cü ildə Əfqanıstanı tərk edəcək, tranzit xərci 700 min dollar məbləğində texnika və ehtiyat hissələri ilə ödəniləcək.
Amerikanın “Freedom House” qeyri hökumət təşkilatının rəyinə görə, Özbəkistan Şimali Koreya, Suriya, Səudiyyə Ərəbistanı ilə yanaşı “azad olmayan ölkələr”sırasına daxildir.