Vergilər Nazirliyi 2013-cü ilin yanvar ayında 8,53 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci il yanvar ayında Vergilər Nazirliyi 5 105 hüquqi və fiziki şəxsi qeydiyyata alıb. Beləliklə, Azərbaycanda qeydiyyata düşən vergi ödəyicilrinin sayı 2013-cü il yanvar ayında ötən ilin analoji dövrü ilə müqayisədə 67,1% artıb.
Məlumatda qeyd olunur ki, 2011-ci il iyulun 1-dən 2013-cü il fevralın 1-dək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 60,923 min fiziki şəxs elektron formada qeydiyyatdan keçib.
2013-cü il fevralın 1-nə olan vəziyyətə görə, respublikada vergi ödəyicilərinin ümumi sayı 489,180 min təşkil edir.
2013-cü ilin yanvar ayında vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə yönəldilən elktron formada vergi bəyannamələrinin xüsusi çəkisi 91,2% təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “vahid pəncərə” prinsipi üzrə qeydiyyat sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
2012-ci ildə Vergilər Nazirliyi 72,263 min vergi ödəyicisini qeydiyyata alıb.