“Azərsu” ASC cümə axşamı Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlər qoyub. Bu barədə ASC-dən məlumat verilib.
“Bakı şəhəri Nizami rayonu X.R.Ulutürk küçəsindən keçən magistral su xətti üzərində siyirtmə quraşdırılır. Bununla əlaqədar cümə axşamı gün ərzində Nizami rayonun bir hissəsinə - Babək prospekti və NZS ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd edilir.