SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Total E&P Azərbaijan” şirkətinin quruda geofiziki və geotexniki işlərin yerinə yetirilməsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirin Qiymətləndirilməsi sənədi hazırlayacaq. Bu barədə SOCAR-dan məlumat verilib.
SOCAR-ın Ekologiya İdarəsi “Total E&P Azərbaijan” Şirkətinin elan etdiyi tenderin qalibi olub. Yaxın günlərdə Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirin Qiymətləndirilməsi üçün Ekologiya İdarəsi Səngacal qəsəbəsinin qərb hissəsində çöl tədqiqat işlərinə başlayacaq”, - deyə məlumatda qeyd edilir.