Cümə axşamı Bakıda Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə bir neçə sənəd imzalanıb.Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Azərbaycan- Küveyt hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair mətbuat konfransında belə söyləyib.
Nazirin sözlərinə görə, bu sənədlərdən biri protokol, dördü mədəniyyət, gömrük, təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə, eləcə də iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlığın yaradılmasına dair sazişlərdir.
“Azərbaycanla Küveytin əlaqələri bütün istiqamətlərdə inkişaf edir, ölkələr beynəlxalq təşkilatlarda bir–birlərini dəstəkləyirlər”,- deyə E.Məmmədyarov bildirib.
Ölkələrin münasibətləri barədə danışan XİN başçısı, Küveyt baş nazirinin müavini Şeyx Şaban Xalid əl Həmad as Sabah söyləyib ki, gələn il ölkələr arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi qeyd olunacaq.O əlavə edib ki, bu günkü tədbir Azərbaycan və Küveyt arasında əməkdaşlığın inkişafına təkan verəcək, imzalanan sənədlər isə mövcud əlaqələrin genişlənməsinə imkan yaradacaq.