Cümə günü Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi haqqında illik hesabat dinləniləcək.
1news.az saytının Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Azərbaycan parlamentinin iclasının gündəliyinə cəmi 9 məsələ daxildir.
O cümlədən, parlament üzvləri “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi, “Dövlət rüsumu haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə və Ticari Dənizçilik Məcəlləsinə düzəlişləri müzakirə edəcəklər.
İclasın gündəliyinə həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiqi məsələsi daxil edilib.