Azərbaycanda radiasiya təhlükəsizliyi haqqında yeni qanun hazırlanır. Bu barədə FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Vüqar Hüseynov məlumat verib.
“Ötən ilin sonunda radiasiya təhlükəsizliyi haqqında yeni qanun layihəsini nazirliyinin (FHN – İF-Az) müzakirəsinə təqdim etmişik”, - deyə o Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərinin inkişafı üzrə Twinninq layihəsinin təqdimat mərasimində bildirib.
V.Hüseynov qeyd edib ki, yeni qanun layihəsində həmçinin yuxarıdakı Twinninq layihə nəzərə alınmaqla dəyişikliklər ediləcək.
Yeni qanun layihəsi MAQATE-nin tələbəri, AB-nin tapşırıqları əsasında hazırlanır.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə qeyd edib ki, yeni qanunun qəbulu bu gününün tələıblərinə uyğun olaraq nüvə təhlükəsizliyi məsələlərinin nizamlanması zərurəti ilə şərtlənir.
“Öncəki qanun Azərbaycanın müstəqillik dövrünün yeddinci ilində (1998-ci ildə - İF-Az) 1950-60-cı illərin sovet qanunları əsasında qəbul edilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, qanun qəbul edildiyi vaxtdandan böyük dəyişikliklər baş verib. “Sənədin beynəlxalq normalara uyğun olması məqsədilə bu qanunun bəzi məqamlarını təkmilləşdirmək lazımdır”, - deyə o bildirib.